"Fitch" agentliyi "PAŞA Bank"ın reytinqini aşağı salıb

Bakı. 27 may. REPORt.AZ/ "Fitch Ratings" agentliyi "PAŞA Bank" ASC-nin uzunmüddətli emitent defoltu reytinqini "BB-"dən "B+"a salıb.

"Report" bu barədə Agentliyin rəsmi saytına istinadən xəbər verir.

Agentlik həmçinin "PAŞA Yatırım Bankası A.S."nin milli uzunmüddətli reytinqini "A"dan "BBB+"a endirib. Hər iki reytinq üzrə proqnoz "neqativ"dən "stabil"ə yenilənib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46