"Fintrend" BOKT sığorta bazarını tərk edib

Azərbaycan Mərkəzi Bankı (AMB) 2 fiziki şəxsə, eləcə də "Fintrend" MMC bank olmayan kredit təşkilatına (BOKT) sığorta agenti fəaliyyətinə verdiyi lisenziyaları ləğv edib.

Bu barədə "Report"a tənzimləyici qurumdan bildirilib.

Məlumata görə, bununla bağlı qərar mayın 10-da “Sığorta fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qəbul edilib. Qərara əsasən, lisenziyalar könüllü müraciətlər əsasında ləğv olunub.

Digər xəbərlər

Qızıl yenidən bahalaşır 21 fevral, 2026 / 01:45