"FİNKA Azərbaycan" MMC bank olmayan kredit təşkilatı (BOKT) 2022-ci ili 2,353 milyon manat xalis mənfəətlə başa vurmağı proqnozlaşdırır.
"Report" bu barədə BOKT-a istinadən xəbər verir.
Bu, 2021-ci ilin faktiki göstəricisi ilə müqayisədə 9,9% azdır.
"FİNKA Azərbaycan" ötən ili 2,611 milyon manat xalis mənfəətlə başa vurmuşdu. Bu, əvvəlki illə müqayisədə 3,9 dəfə çoxdur.
Xatırladaq ki, "FİNKA Azərbaycan" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,757 milyon manatdır. BOKT-un təsisçisi 100%-lik payla "FINCA International"dır.