Oktyabrın 2-də, saat 11:00-da "Finex Kredit" ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
"Report" xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti, 1965-ci məhəllə, bina 1 ünvanında olacaq.
Yığıncağın gündəliyinə BOKT-un Nizamnaməsində və "Müşahidə Şurasının fəaliyyət qaydaları"nda dəyişiklik edilməsi, eləcə də digər məsələlər daxildir.
Xatırladaq ki, "Finex Kredit" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 2,912 milyon manatdır.