İyunun 14-də, saat 12:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq BOKT-un baş ofisinin yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, 11 ünvanında olacaq.
Yığıncağın gündəliyinə "Finex Kredit"in 2021-ci il üzrə maliyyə hesabatının təsdiq edilməsi, səhmdar cəmiyyətinin 2022-ci il üzrə inkişaf perspektivlərinin müzakirə olunması və digər məsələlər daxildir.