İyunun 14-də, saat 11:00-da “Finex Kredit” ASC bank olmayan kredit təşkilatının (BOKT) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
“Report” xəbər verir ki, yığıncaq BOKT-un Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəmov küçəsi, 11 ünvanında olacaq.
Yığıncağın gündəliyinə “Finex Kredit”in nizamnaməsinə dəyişiklik edilməsi və digər məsələlər daxildir.