"FINCA Azerbaijan" Məhdud Məsuliyyətli Qeyri-Bank Kredit Təşkilatı (BOKT) 2025-ci ili 1 milyon 620 min manat xalis mənfəətlə başa vurub.
Maliyyə hesabatına əsasən, hesabat dövründə təşkilatın faiz gəlirləri 21 milyon 196 min manat, faiz xərcləri isə 6 milyon 955 min manat təşkil edib.
Cari ilin yanvarın 1-nə "FINCA Azerbaijan"ın aktivləri 75 milyon 29 min manat olub. Müştərilərə verilmiş xalis kredit portfeli isə 62 milyon 956 min manat təşkil edib.
Xatırladaq ki, "FINCA Azerbaijan" 1999-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 3,757 milyon manatdır. QBKT-nin səhmdarı 100 %-lik payla FINCA Internationaldır.