"Finans Kredit" BOKT nizamnamə kapitalını 45 % artırıb

"Finans Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) nizamnamə kapitalını 199 min manat və ya 45 % artırıb

“Report” xəbər verir ki, şirkət kapitalını 442 min manatdan 641 min manata çatdırıb.

Xatırladaq ki, "Finans Kredit" 2020-ci ilin sentyabr ayında yaradılıb, dekabr ayında isə Azərbaycan Mərkəzi Bankı BOKT-a lisenziya verib.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46