"Finans Kredit İttifaqı" MMC 2021-ci ili 340 manat zərərlə başa vurub.
“Report” bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Bu il yanvarın 1-nə "Finans Kredit İttifaqı"nın aktivləri, həm də balans kapitalı 5 531 manat təşkil edib. Kredit təşkilatının öhdəlikləri olmayıb.
Xatırladaq ki, "Finans Kredit İttifaqı" 2012-ci ildə yaradılıb, Beyləqanda fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4 400 manatdır.