"Finans Kredit" MMC bank olmayan kredit təşkilatı (BOKT) yeni təsisçi cəlb edib.
"Report" xəbər verir ki, BOKT-un yeganə təsisçisi Rəmiyyəddin Məmmədov payının 20 %-ni Elşad Məhəmmədbəyliyə ötürüb.
Son nəticədə birincinin payı 80 %-ə düşüb. Dəyişiklik kredit təşkilatının nizamnamə kapitalının 414 min manat və yaxud 64,6 % artırılaraq 641 min manatdan 1 milyon 55 min manata çatdırılması fonunda baş verib.
Xatırladaq ki, "Finans Kredit" 2020-ci ilin sentyabr ayında yaradılıb.