FED uçot dərəcəsini 5,25-5,5 % diapazonunda saxlayıb

ABŞ Federal Ehtiyat Sistemi (FED baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlayıb.

"Report" xəbər verir ki, mart iclasından sonra baza dərəcəsini 5,25-5,5 % səviyyəsində saxlayıb.

"Komitə (Açıq Bazar Əməliyyatları) federal fondların faiz dərəcəsinin hədəf diapazonunu 5,25-5,5% səviyyəsində saxlamaq qərarına gəlib", - xəbərdə deyilir.

Eyni zamanda, FED, inflyasiyanın hədəf 2% - ə doğru irəliləməsinə daha çox inam əldə olunana qədər nisbət aralığını azaltmağı məqsədəuyğun hesab etmir.

Xatırladaq ki, Federal Ehtiyat Sistemi daha əvvəl də baza dərəcəsini illik 5,25-5,5 % səviyyəsində saxlamışdı. Qeyd edilirdi ki, bu göstərici son 23 ilin ən yüksək səviyyəsinə çatıb.

Digər xəbərlər

Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06
AZPROMO auditor seçir 04 fevral, 2026 / 17:27