“Falcon Finance” MMC bank olmayan kredit təşkilatının (BOKT) cəmi aktivləri illik müqayisədə 15,7% azalaraq 311 min manat təşkil edib.
“Report” bu barədə BOKT-nin maliyyə hesabatına istinadən xəbər verir.
Ötən il “Falcon Finance"ın müştərilərə verdiyi xalis kreditlər isə 17,2% azalaraq 130 min manata düşüb.
Hesabat dövründə BOKT-nin cəmi öhdəlikləri təxminən 10% artaraq 11 min manat, cəmi kapitalı isə 16,2% azalaraq 301 min manat olub.
“Falcon Finance” 2018-ci ili 39 min xanat zərərlə başa vurub. Bu, 2017-ci ilə nisbətən təxminən 50% çoxdur.