"Expressbank" ASC 2025-ci ilin I rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın bu dövr ərzində əldə etdiyi göstəricilər onun maliyyə dayanıqlığını, müştəri etimadını və bazarda artan aktivliyini əks etdirir.
Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 25 %-lik artımla 19 milyon manatı ötüb. Bu nəticə, ilk növbədə, Bankın kredit məhsullarına olan yüksək tələbin və genişlənən müştəri bazasının göstəricisidir. Xüsusilə biznes kreditləri və daşınmaz əmlak kreditləri üzrə müşahidə olunan artım bu tendensiyanı gücləndirib.
Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozit portfeli də artım göstərərək 218 milyon manatı ötüb. Bu da əvvəlki dövrlə müqayisədə 16,3 milyon manat, yəni 8 % artım deməkdir. Bu artım "Expressbank"ın müştəri etimadını qazanmaqda və qorumaqda nə qədər uğurlu olduğunun bariz göstəricisidir.
Bankın xalis faiz gəlirləri isə 13 %-dən çox artaraq 13 milyon manatı keçib. Bu göstərici "Expressbank"ın gəlir strukturunun sağlam və effektiv idarə olunduğunu nümayiş etdirir.
Məqsədli ehtiyatlar və vergi xərcləri çıxıldıqdan sonra Bankın xalis mənfəəti 2 milyon 419 min 978 manat təşkil edir.
"Expressbank" 2025-ci ilin ilk rübündə nümayiş etdirdiyi bu nəticələrlə bank sektorunda müsbət dinamika nümayiş etdirən aparıcı maliyyə qurumlarından biri kimi çıxış etməyə davam edir. Beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2024-cü ilin oktyabr ayında "Expressbank"ın uzunmüddətli emitent defolt reytinqini “B” səviyyəsindən “B+” səviyyəsinə yüksəldib və proqnozunu “sabit” olaraq müəyyən edib. Bankın audit hesabatını böyük dördlüyə daxil olan KMPG audit şirkəti aparır.
“Expressbank” 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.
Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.
"Expressbank" – İşiniz rahat getsin!