“Express Lombard”ın səhmdarı dəyişib

“Express Lombard” ASC-nin yeganə səhmdarı Svetlana İsayeva payını satıb.

“Report” xəbər verir ki, o, şirkətin nizamnamə kapitalının 250 dəfə artırılaraq 4 min manatdan 1 milyon manata çatdırılması fonunda payından imtina edib.

Beləliklə, nizamnamə kapitalını formalaşdıran, hər birinin nominal dəyəri 200 manat olan 5 000 səhmin 2 250-ni Nicat Həsənov, 2 250-ni Rifat Həsənov, 500-nü isə Leyla Cabbarova əldə edib. Son nəticədə onlar “Express Lombard”da müvafiq olaraq 45 %, 45 % və 10 % paya sahib olublar. Yeni səhmdarlar həm də “International Leasing” ASC-də eyni nisbətdə pay sahibidir.

Xatırladaq ki, “Express Lombard” 2011-ci ildə yaradılıb. R.Həsənov N.Həsənovun qardaşı, “International” ASC bank olmayan kredit təşkilatının (BOKT) yeganə səhmdarıdır. Bu kredit təşkilatının İdarə Heyətinin sədri isə N.Həsənovdur.

Digər xəbərlər