“Express Bank” ASC 2021-ci ili 7,701 milyon manat xalis mənfəətlə başa vurub.
“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2020-ci ilə nisbətən 12,8% çoxdur.
Ötən il “Express Bank”ın gəlirləri 56,003 milyon manat (əvvəlki illə müqayisədə 6,7% çox), xərcləri 42,436 milyon manat (4,5% çox), xüsusi ehtiyatlara ayırmaları 2,259 milyon manat (22,9% az), mənfəət vergisi ödəmələri isə 3,607 milyon manat (69,1% çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Express Bank”ın aktivləri 351,368 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 12,1% çoxdur. Bunun 250,556 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2021-ci ildə Bankın kredit portfeli 28,9% böyüyüb.
Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 18,3% artaraq 227,514 milyon manata, o cümlədən depozit portfeli 31,5% artaraq 156,083 milyon manata, balans kapitalı isə 2,3% artaraq 123,854 milyon manata çatıb.
Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 21,6 %-i “Enerqoservis” MMC-yə, 19,5 %-i Hikmət Xammədova, 9,8 %-i Hafiz Seyidova, 0,3 %-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.