“Express Bank”ın mənfəət vergisi ödəmələri kəskin artıb

“Express Bank” ASC bu ilin yanvar-sentyabr aylarını 8,127 milyon manat xalis mənfəətlə başa vurub.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 9,4% çoxdur.

9 ay ərzində “Express Bank”ın gəlirləri 40,854 milyon manat (illik müqayisədə 3,2% çox), xərcləri 30,519 milyon manat (0,5% çox), xüsusi ehtiyatlara ayırmaları 443 min manat (38,8% az), mənfəət vergisi ödəmələri isə 1,766 milyon manat (63,4% çox) təşkil edib.

Bu il oktyabrın 1-nə “Express Bank”ın aktivləri 328,82 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 8% çoxdur. Bunun 229,826 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 11,8% böyüyüb.

Hesabat dövründə “Express Bank”ın öhdəlikləri 9,2% artaraq 199,396 milyon manata, o cümlədən depozit portfeli 22,6% artaraq 138,285 milyon manata, balans kapitalı isə 6,2% artaraq 129,424 milyon manata çatıb.

Xatırladaq ki, "Express Bank" 1989-cu ildə "Azərnəqliyyatbank" adı ilə fəaliyyətə başlayıb, 2010-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 112,545 milyon manatdır. Bankın səhmlərinin 48,8 %-i “Azenco Group”a, 21,6 %-i “Enerqoservis” MMC-yə, 19,5 %-i Hikmət Xammədova, 9,8 %-i Hafiz Seyidova, 0,3 %-i Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məxsusdur.

Digər xəbərlər