Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 52% artıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Azərbaycanda əmlakın yanğından və digər risklərdən sığortasına maraq kəskin artır.

“Report” Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir ki, bu ilin yanvar-noyabr ayları ərzində əmlakın yanğından və digər risklərdən sığortası üzrə sığorta şirkətlərinin yığımları 53 mln. 670,8 min manat təşkil edib. Bu, yanvar-oktyabr ayları ilə müqayisədə 2 mln. 847,2 min manat və ya 5,6% çoxdur.

Ötən ilin eyni dövrü ilə müqayisə etsək, ölkədə əmlakın yanğından və digər risklərdən sığortası üzrə daxilolmalar 18,452 mln. manat və ya 52,39% artıb.

Bu ilin yanvar-noyabr aylarında əmlakın yanğından və digər risklərdən sığortası üzrə 2 mln. 673,9 min manatlıq ödəniş həyata keçirilib. Bu, yanvar-oktyabr aylarındakı göstəricidən 630,3 min manat və ya 30,84%, 2017-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə 522,4 min manat və ya 24,28% çoxdur.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46