Bakı. 27 noyabr. REPORT.AZ/ Azərbaycanın aparıcı siqaret istehsalçısı “European Tabacco – Baku” ASC-nin səhmləri ilə ticarət aktivləşib.
“Report” bu barədə “Bakı Fond Birjası” QSC-yə istinadən xəbər verir.
Məlumata görə, noyabrın 23-26-da şirkətin səhmlərinin alqı-satqısı üzrə 15 əqd bağlanılıb. Əqdlər nominal dəyəri 20 manat olan 364 ədəd səhmin 2 dəfə baha - 40 manata realizə edilməsini nəzərdə tutur.
Bu arada, “European Tabacco – Baku”nun rəhbərliyinin yenidən formalaşdırılması gözlənilir.