Əməyin Mühafizəsi Mərkəzi auditor seçib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin tabeliyindəki Əməyin Mühafizəsi Mərkəzi 2024-cü il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Abacus Audit And Consulting" MMC-dir.

Qalib şirkətə 3,7 min manat ödəniləcək.

Ötən il də bu tenderin qalibi "Abacus Audit And Consulting" MMC olub. Şirkətə 2 700 manat ödənilib.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06