"Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) "Bakı Fond Birjası" QSC-də (BFB) 4 milyon manat dəyərində istiqraz yerləşdirməyə hazırlaşır.
"Report" xəbər verir ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 4 000 ədəd faizli, adlı, təminatsız, sənədsiz istiqrazdan gedir.
Qiymətli kağızlar birqiymətli təklif üsulu ilə yerləşdiriləcək, 12 ay tədavüldə olacaq. Onların illik gəlirliliyi 12,5 %-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “Unicapital İnvestisiya Şirkəti” ASC-dir. Bununla yanaşı, istiqrazları almaq istəyən şəxslər BFB-nin üzvü olan digər investisiya şirkətlərinə də müraciət edə bilərlər.
Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.