Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu auditor seçir

Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu 2023-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.

“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 44 manatdır.

İddiaçılar təkliflərini iyulun 31-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Abbas Səhhət küçəsi, 32 ünvanına təqdim edə bilərlər.

Təkliflərə iyulun 31-də, saat 14:00-da qeyd olunan ünvanda baxılacaq.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46