Elman Rüstəmov: "Neft Fondunun 140 mln dollarlıq ehtiyatı yaranıb"

“Valyuta bazarında hazırda tarazlıq hökm sürür. Sadəcə yanvar ayında həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbin artmasını müşahidə etdik”.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.

E.Rüstəmov təmsil etdiyi qurumun bazardan valyuta alıb-satmadığını qeyd edib::

“Amma sonradan sabitlik bərpa olundu. İndi 140 milyon ABŞ dollarına qədər Azərbaycan Dövlət Neft Fondunun satışlarında qənaət var. AMB hazırda bazardan valyuta almır”.

Digər xəbərlər

KOBİA auditor seçir 18 fevral, 2026 / 13:38