"Ekolizinq" MMC 2023-cü ili 56 min manat xalis mənfəətlə başa vurub.
"Report" şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 30 % azdır.
Bu il yanvarın 1-nə "Ekolizinq"in aktivləri 3,858 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,3 % azdır. Bunun 2,516 milyon manatı debitor borclardır. Ötən il şirkətin lizinq portfeli 16,7 % böyüyüb.
Hesabat dövründə "Ekolizinq"in öhdəlikləri 16,6 % azalaraq 1,803 milyon manata düşüb, balans kapitalı isə 2,8 % artaraq 2,055 milyon manata çatıb.
Xatırladaq ki, "Ekolizinq" 2014-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Şirkətin təsisçisi Elnur Rəsulovdur.
"Ekolizinq" "Bakı Sığorta"nın səhmlərinin 6,68 %-nə nəzarət edir.