Avropa Mərkəzi Bankı (ECB) faiz dərəcəsini 25 baza bəndi artıraraq 4,25 %-ə çatdırıb.
"Report" xəbər verir ki, depozitlər üzrə faiz dərəcəsi 3,75 %-ə, marja kredit xətti üzrə faiz dərəcəsi 4,5 %-ə qədər qaldırılıb.
"İdarəedicilər Şurası inflyasiyanın ortamüddətli hədəf olan 2 %-ə qaytarılmasını təmin etməkdə qərarlıdır", - bankın hesabatında deyilir.