EBRD-nin Türkiyədəki nümayəndəliyinin rəhbəri dəyişib

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Türkiyədəki nümayəndəliyinə yeni rəhbər təyin edilib.

“Report” xəbər verir ki, bu vəzifəyə Türkiyə vətəndaşı Mehmet Uvez gətirilib.

O, bu vəzifədə ölkə vətəndaşı Baris Dinceri əvəz edib.

M.Uvez EBRD prezidenti Odil Renaud-Bassonun bu günlərdə Türkiyəyə səfəri zamanı ölkə hakimiyyətinə təqdim edilib, gələn ilin yanvar ayında vəzifəsinin icrasına başlayacaq. O, maliyyə sektorunda 20 illik təcrübəyə malikdir, 2015-ci ildən EBRD-də çalışır.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23