EBRD: Bu il Gürcüstan iqtisadiyyatı 5 % kiçiləcək

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) gələn il Gürcüstanda iqtisadi artımın 3,5 % olacağını proqnozlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qurumun hesabatında bildirilir.

Bundan başqa, sənədə əsasən, Gürcüstan iqtisadiyyatı bu il 5 % kiçiləcək.

"Koronavirus (COVID-19) pandemiyası Gürcüstanın böyük olmayan və açıq iqtisadiyyatı üçün xüsusən dağıdıcıdır. İqtisadiyyatın bərpa edilməsi turizm sektorunun dirçəlməsindən asılı olacaq", - EBRD bəyan edib.

Digər xəbərlər

ANAMA auditor seçir 07 fevral, 2026 / 11:53
Gənclər Fondu auditor seçir 05 fevral, 2026 / 15:06