EBRD Azərbaycan şirkətinə 8 mln avro kredit ayırıb

Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) Azərbaycanın “Gemza Group” MMC şirkətinə 8 milyon avro məbləğində təminatlı kreditin ayrılmasını təsdiq edib.

“Report” xəbər veir ki, bu barədə EBRD məlumat yayıb.

Bildirilir ki, kredit şirkətə yerli istehsal gücünü artırmağa, daha mürəkkəb ehtiyat hissələri istehsal etməyə texniki xidmət, əsaslı təmir xidmətlərinin çeşidini genişləndirməyə imkan verəcək. Bu həm də “Gemza Group”un cari və hazırlanmaqda olan layihələrin həyata keçirməyə imkan verəcək.

Qeyd edək ki, “Gemza Group” törəmə şirkətləri ilə birgə Azərbaycanda, MDB regionunda, BƏƏ və Türkiyədə neft-qaz sənayesi üçün lazım olan mexaniki vasitələr, onların ehtiyat hissələrinin istehsalı və təmiri, həmçinin texniki və əsaslı təmiri xidmətləri göstərir.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46