Dünyanın aparıcı kriptovalyutaları bahalaşır

Bakı. 18 iyul. REPORT.AZ/ Dünyanın aparıcı kriptovalyutalarından sayılan bitkoin son 24 saat ərzində, təxminən, 10-15% bahalaşıb. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, hazırda onun qiyməti 7 500 ABŞ dollarına yaxındır. 

Bir neçə gün öncə bitkoin 6 600 dollara alınıb-satılırdı. 

Sutka ərzində "Etherium" kriptovalyutasının qiyməti isə 5% artaraq 500 dollara çatıb.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23