Dünya Ticarət Təşkilatı (WTO) bu il qlobal ticarət dövriyyəsinin ötən illə müqayisədə 9,2% (əvvəlki proqnozdan 3,7% az) az olacağını proqnozlaşdırır.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Gələn il isə təşkilat qlobal ticarət dövriyyəsində 7,2% artım gözləyir.
Bundan başqa, WTO bu il qlobal ümumi daxili məhsulun (ÜDM) 4,8% azalacağını, gələn il isə 4,9% artacağını proqnozlaşdırır.