DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

Bu ilin yanvar-iyul aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə ümumilikdə 267 491 vətəndaş müraciəti qeydə alınıb.

Bu barədə "Report"a DSMF-dən məlumat verilib.

Bildirilib ki, müraciətlərdən 105 267-si pensiya, 68 445-i müavinət, 10 859-u Prezident təqaüdü, 43 165-i ünvanlı dövlət sosial yardımı, 9 215-i fərdi uçot və sosial sığorta, 770-i dövlət icbari şəxsi sığorta, 29 770-i isə digər istiqamətlərlə bağlı olub.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46