Bu il oktyabrın 1-nə Azərbaycanda yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə mənzil götürənlərin 49 %-i dövlət, 51 %-i isə qeyri-dövlət sektorunda işləyib.
“Report” bu barədə İpoteka və Kredit Zəmanət Fonuna istinadən xəbər verir.
Məlumata görə, dövlətdən kirayəyə götürülmüş mənzillərin 28 %-i 1 otaqlı, 45 %-i 2 otaqlı, 24 %-i 3 otaqlı, 3 %-i isə 4 otaqlı olub.
Kirayəçilərin 40 %-i subay, 60 %-i isə evli olub. Onlardan 39 %-nin yaşı 35-dən yuxarı, 32 %-nin yaşı 18-29, 29 %-nin isə yaşı 30-35 olub.