Azərbaycan Gürcüstan şirkətinə Xınalıqdakı evlərin təmir-bərpası üçün 4,4 milyon manat ödəniş edəcək

Dövlət Turizm Agentliyi Quba rayonundakı “Xınalıq” Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğunda 44 qəzalı evin təmir-bərpası ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi Gürcüstana məxsus "Maqro Construction" MMC-nin yerli filialıdır.

Qalib şirkətə 4,398 milyon manat ödəniləcək.

Digər xəbərlər

ATB-nin xalis mənfəəti 62 % artıb 15 oktyabr, 2026 / 12:46