Dövlət Reklam Agentliyi sığortaçı seçir

Dövlət Reklam Agentliyi könüllü tibbi sığorta xidməti üçün açıq tender elan edib.

“Report” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar ilkin sənədləri martın 30-u, saat 10:00-a qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə aprelin 7-si, saat 10:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.

Tenderin nəticəsi aprelin 8-də, saat 10:00-da portalda açıqlanacaq.

Digər xəbərlər