Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi auditor seçib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Azəruçot" MMC-dir.

Qalib şirkətə 2 390 manat ödəniləcək.

Ötən il də bu tenderin qalibi "Azəruçot" olub. Şirkətə 4 350 manat ödənilib.

Xəbər lenti