Dövlət Gömrük Komitəsində növbəti test imtahanları keçirilib

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycanın ali məktəblərini bitirmiş məzunlar üçün test imtahanları keçirilib.

“Report” DGK-ya istinadən xəbər verir ki, imtahanlarda 244 nəfər iştirak edib.

DGK nəzdində Attestasiya Komissiyası üzvlərinin iştirakı ilə baş tutan test imtahanlarında daha çox bal toplayan gənclər işə qəbulla bağlı növbəti mərhələdə iştirak etmək hüququ qazanacaqlar.

Digər xəbərlər

ABB Beynəlxalq Risk Forumu keçirdi 20 oktyabr, 2026 / 10:22