2027-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 48 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların payına düşəcək.
"Report" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2026-cı ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 20 % çoxdur.
Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 39 milyard 234 milyon manat, xərclərinin isə 42 milyard 400 milyon manat olacağı gözlənilir.