Dövlət Dəniz və Liman Agentliyi auditor seçib

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyi 2025-ci il üzrə maliyyə hesabatlarının auditi ilə bağlı elan etdiyi katirovka sorğusuna yekun vurub.

"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, sorğunun qalibi "Financial Reporting Center" MMC-dir.

Qalib şirkətə 3,3 min manat ödəniləcək.

Ötən il bu tenderin qalibi "Azəruçot" MMC olub. Şirkətə 9,8 min manat ödənilib.

Digər xəbərlər

Gənclər Fondu auditor seçib 18 mart, 2026 / 13:59