Dolların bahalaşması və ABŞ istiqrazlarının gəlirliliyinin artması fonunda qızılın qiyməti düşüb

Qızıl qiymətləri son iki həftənin minimumuna düşüb.

"Report" xəbər verir ki, qızılın unsiyasının spot-qiyməti 0,9 % düşərək 1 620,19 ABŞ dollara, Nyu-Yorkun “Comex” birjasında qızılın fyuçersləri isə 1,7 % ucuzlaşaraq 1 unsiyası 1 621,9 ABŞ dollarına satılıb.

Federal Ehtiyatlar Sisteminin (FED) sədri Cerom Pauellin Mərkəzi Bankın inflyasiyanın qarşısını almaq üçün faiz dərəcələrini artırmağa davam edəcəyini bəyan etməsindən sonra ABŞ dolları bahalaşıb və dövlət istiqrazlarının gəlirliliyi artıb.

Digər xəbərlər