Dollar yenidən möhkəmlənib

Bakı. 29 noyabr. REPORT.AZ/ Bu ilin III rübündə ABŞ-ın yekun iqtisadi artım tempi 3,3% təşkil edib.

"Report"un verdiyi xəbərə görə, analitiklər III rübdə ÜDM-in 3,2% artacağını proqnozlaşdırırdılar. Xatırladaq ki, oktyabrın 26-da açıqlanan ilkin variantda ABŞ iqtisadiyyatının III rübdə 3% artdığı bildirilib.

Göstəricinin müvafiq proqnozu 0,1 faiz, ilkin variantı isə 0,3 bəndi üstələməsi dolların məzənnəsinin möhkəmlənməsinə səbəb olub. Belə ki, maliyyə bazarları artıq tam şəkildə dekabr iclasında Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini artıracağına əmindir. Nəticədə avronun məzənnəsi 0,2% azalaraq 1,182 USD/EUR səviyyəsinə geriləyib.

Digər xəbərlər