DGK büdcəyə ödənişləri artırıb

Bakı. 6 iyul. REPORT.AZ/ Bu ilin iyun ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 293 360,2 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 68,6% çoxdur.

DGK-dən "Report"a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 47% artaraq 70 693,7 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 72% artaraq 202 358,4 min manat, aksizlər 3 dəfə artaraq 17 330,2 min manat, yol vergisi üzrə daxilolmalar isə 19% artaraq 2 977,9 min manat təşkil edib.

Beləliklə, yanvar-iyun ayları ərzində DGK-nin xətti ilə dövlət büdcəsinə büdcə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 38% artaraq 1 618 996,9 min manata çatıb.

Bu müddətdə gömrük rüsumları 28 % artaraq 412 167,8 min manat, ƏDV üzrə daxilolmalar 40% artaraq 1 114 300 min manat, aksiz üzrə 2 dəfə artaraq 75 257,2 min manat, yol vergisi üzrə daxilolmaları 10% artaraq 17 271,9 min manat təşkil edib. 

Digər xəbərlər