Bakı. 30 avqust. REPORT.AZ/ Avropa Mərkəzi Bankının (ECB) hər hansı sözlü müdaxiləsi avronun möhkəmlənməsinə mane ola bilməyəcək.
"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, bu açıqlama Almaniyanın "Deutsche Bank"ının strategiya mütəxəssisi Corc Saravelos (George Saravelos) tərəfindən verilib. Saravelos bu barədə Bankın müştərilərinə yazdığı məktubda bildirib.
"Deutsche Bank" mütəxəssisinə görə, investorlar artıq yaxın vaxtlarda ECB-nin sözlü müdaxiləsini gözləyir. Bank ECB-nin oktyabr ayında monetar ekspansiya proqramının aylıq həcminin (60 mlrd. avro) azaltmayacağını ehtimal edib. Saravelos güclü avronun monetar ekspansiya prosesini dəyişdirməyəcəyinə səbəb olacağını qeyd edib.
Bank həmçinin bildirib ki, USD/EUR məzənnəsi 1,25 səviyyəsini ötərsə, monetar ekspansiya hazırkı şərtlərlə davam edəcək.