Depozit hərracında tələb təklifi cüzi üstələdi

Bu gün Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib. 

"Report" quruma istinadən xəbər verir ki, hərracda tələb təklifdən 500 min manat çox - 200,5 milyon manat olub. 

Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,82% təşkil edib.

Digər xəbərlər

DSMF-nin xərcləri 10 % artıb 12 oktyabr, 2026 / 10:23