Depozit hərracında tələb təklifi 2 dəfədən çox üstələdi

Bu gün Azərbaycan Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracını keçirib.

"Report" quruma istinadən xəbər verir ki, hərracda tələb təklifdən 280,3 milyon manat və yaxud 2,4 dəfə çox – 480,3 milyon manat olub.

Hərrac nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,76% təşkil edib.

Digər xəbərlər

İlin son faizini qaçırmayın! 10 dekabr, 2025 / 11:56