Dənizkənarı Bulvar İdarəsi özünün və tabeliyindəki təşkilatların (4 təşkilat) 2021-ci il üzrə maliyyə hesabatlarının və konsolidə edilmiş maliyyə hesabatlarının auditi üçün kotirovka sorğusu elan edib.
“Report” xəbər verir ki, sorğuda iştirak haqqı 100 manatdır.
Sorğuda iştirak etmək istəyənlər təkliflərini aprelin 7-si, saat 12:00-a qədər dövlət satınalmalarının vahid internet portalı vasitəsi ilə təqdim edə bilərlər.
Nəticələr aprelin 8-i, saat 12:00-da portalda açıqlanacaq