"Dekabank"ın İdarə Heyəti yenidən seçiləcək

Bakı. 21 aprel. REPORT.AZ/ Mayın 23-də saat 14:00-da "Dekabank" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report"un verdiyi xəbərə görə, yığıncaq "Dekabank" ASC-nin baş ofisinin yerləşdiyi Bakı şəhəri Səbail rayonu Xaqani küçəsi,14/16 ünvanında baş tutacaq. Yığıncağın gündəliyinə Bankın İdarə Heyətinin tərkibinin yenidən seçilməsi, bankın nizamnaməsinə dəyişikliyin edilməsi kimi məsələlər daxildir.

Digər xəbərlər

IMF AMB-yə tövsiyələr verib 14 oktyabr, 2026 / 15:33