Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinə 18 mindən çox bildiriş yüklənib

Bakı. 5 iyun. REPORT.AZ/ Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestrinin istifadəçiləri artır. Belə ki, bu il martın 15-dən fəaliyyətə başlayan https://mpcr.fimsa.az/ elektron portalında mayın 31-i tarixinə qeydiyyatdan keçmiş şəxslərin sayı 600 nəfərə yaxın, yüklənmiş bildirişlərin sayı isə 18 mindən çox olub.

“Report”un Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən verdiyi xəbərə görə, reyestrə ən çox bildiriş daxil edən kredit təşkilatları “Unibank KB” ASC, “Nikoyl” İKB ASC, “Accessbank” QSC, “Bank of Baku” ASC və “Turanbank” ASC-dir.

Kateqoriyalar üzrə bölgüdə istehlak malları (10,565), zinət əşyaları (2,457), mebel (1,845), heyvanlar (1,061) və dövriyyədə olan mallar (538) üstünlük təşkil edir.

Xatırladaq ki, Reyestr kiçik və orta sahibkarlıq subyektlərinin maliyyə vəsaitlərinə çıxışını təmin etmək və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılıb.

Digər xəbərlər