Ölkədə fəaliyyət göstərən daha bir sığorta şirkəti - “Naxçıvansığorta” ASC, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) üzvlüyünə qəbul edilib.
“Report”un ASA-ya istinadən verdiyi məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının 2021-ci ilin 3-cü rübünün yekunlarına həsr olunmuş iclasında “Naxçıvansığorta” ASC-nin ASA-nın üzvü olması ilə bağlı müraciətinə baxılıb. Şirkətin müraciəti Şura üzvləri tərəfindən yekdilliklə dəstəklənib və qəbul edilib.
Bildirilir ki, bununla da Assosiasiya üzvlərinin sayı, 14-ü qeyri-həyat, 5-i həyat və 1-i təkrarsığorta şirkəti olmaqla ümumilikdə 20-yə yüksəlib.