“CPM-İnvest İnvestisiya Şirkəti”nin səhmlərinə 1 investor maraq göstərib

Bu gün “Bakı Fond Birjası” QSC-də (BFB) “CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin 400 min manatlıq adi, sənədsiz, adlı səhmlərinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

Bu barədə “Report”a BFB-dən bildirilib.

Məlumata görə, hər birinin nominal dəyəri 1 000 manat olan 400 ədəd səhm standard bazar seqmentində, abunə yazılışı üsulu ilə investorlara təklif olunub. Səhmlərə 1 investor 400 min manatlıq 1 sifariş təqdim edib. Son nəticədə yerləşdirmə tam baş tutub, investisiya şirkətinin nizamnamə kapitalı 2 dəfə artaraq 400 min manatdan 800 min manata çatıb.

Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.

Digər xəbərlər