“CPM-İnvest İnvestisiya Şirkəti” ASC-nin Müşahidə Şurasına yeni sədr təyin olunub.
"Report" xəbər verir ki, bu, Eldar Abdullayevdir.
O, bundan əvvəl "Bakı Fond Birjası" QSC-nin İdarə Heyətinin sədr əvəzi olub və yeni vəzifəsində Xəyal İsmayılovu əvəzləyib.
Xatırladaq ki, “CPM-İnvest” 2021-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 min manatdır. İnvestisiya şirkətinin səhmdarı Kəmalə Məmmədovadır.