Çin inkişaf etməkdə olan ölkələrə 2 milyard ABŞ dolları yardım edəcək

Çin qarşıdakı iki il ərzində koronavirus (COVID-19) pandemiyasından əziyyət çəkmiş inkişaf etməkdə olan ölkələrə 2 milyard ABŞ dolları yardım ayıracaq. 

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Dünya Səhiyyə Assambleyasının 73-cü illik iclasının açılışında Çin sədri Si Cinpin bildirib.

“COVID-19-a qarşı beynəlxalq əməkdaşlığı stimullaşdırmaq üçün Çin yaxın iki il ərzində koronavirusdan əziyyət çəkmiş inkişaf etməkdə olan ölkələrin sosial-iqtisadi inkişafına yardım etmək üçün 2 milyard ABŞ dolları yardım edəcək”, - deyə o bildirib.

Si Cinpin vurğulayıb ki, Çin hər zaman açıqlıq, şəffaflıq və məsuliyyət prinsiplərinə əməl edərək epidemioloji vəziyyət barədə ÜST və digər ölkələrə vaxtında məlumat verməklə virus genlərinin ardıcıllığını dərc edib.

Digər xəbərlər